Ermənistanın Bərdəyə raket atması nəticəsində ölənlərdən biri 7 yaşlı qızdır

Ermənistanın Bərdəyə raket atması nəticəsində ölənlərdən biri 7 yaşlı qızdır Bu gün Ermənistan silahlı qüvvələrinin Bərdə rayonuna raket atması nəticəsində həlak olanlardan biri azyaşlıdır.
Qarabağ
27 Oktyabr , 2020 17:49
Ermənistanın Bərdəyə raket atması nəticəsində ölənlərdən biri 7 yaşlı qızdır
0 : 00
0 : 00

Bu gün Ermənistan silahlı qüvvələrinin Bərdə rayonuna raket atması nəticəsində həlak olanlardan biri azyaşlıdır.

“Report”un ərazidə olan əməkdaşı xəbər verir ki, bu, 7 yaşlı İsgəndərova Aysu Rövşən qızıdır.

Prezidentin köməkçisi Hikmət Hacıyev də öz tvitter səhifəsində raket hücumu nəticəsində ölənlərin arasında uşağın olduğunu bildirib. Onun sözlərinə görə, raket atəşi nəticəsində başlayan yanğın yanğınsöndürənlər tərəfindən söndürülür.

Qeyd edək ki, oktyabrın 27-si saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 10 nəfər ağır yaralanıb.

Son xəbərlər

Orphus sistemi