Ermənistanın Azərbaycana qarşı “İskəndər” raketindən istifadə etməsi Ukrayna KİV-də geniş işıqlandırılıb

Ermənistanın Azərbaycana qarşı “İskəndər” raketindən istifadə etməsi Ukrayna KİV-də geniş işıqlandırılıb Vətən müharibəsi dövründə böyük dağıdıcı gücə malik “İskəndər” raketindən Azərbaycana qarşı istifadə olunması Ukrayna mətbuatında geniş işıqlandırılıb
Qarabağ
350
5 Aprel , 2021 14:42
Ermənistanın Azərbaycana qarşı “İskəndər” raketindən istifadə etməsi Ukrayna KİV-də geniş işıqlandırılıb

Vətən müharibəsi dövründə böyük dağıdıcı gücə malik “İskəndər” raketindən Azərbaycana qarşı istifadə olunması Ukrayna mətbuatında geniş işıqlandırılıb.

“Report” xəbər verir ki, Ukraynanın “Ukrinform”, “İnterfaks-Ukrayna” informasiya agentlikləri, “Gordon” nəşri, “BBC News”un Ukrayna bürosu, dialog.ua, podrobnosti.ua, dialog.ua, eurointegration.com.ua, asmedia.kiev.ua, charter97.org, vybir.media, stopcor.org saytları dərc etdikləri məqalələrində, nüfuzlu “1+1” və “İnter” telekanalları isə yaydıqları reportajlarda qeyd edirlər ki, Azərbaycan İkinci Qarabağ müharibəsində Ermənistanının “İskəndər” raketlərindən istifadəsini isbatlayan qalıqları nümayiş etdirib.

Raket qalıqlarının ANAMA tərəfindən martın 15-də Şuşa şəhəri ətrafında aparılan təmizləmə işləri zamanı aşkarlandığı vurğulanır.

Xəbərlərdə “İsgəndər” raketlərinin qalıqlarının fotoları da yer alıb. Həmçinin qeyd olunub ki, araşdırma zamanı raketlərin üzərində “9M723” kod indeksi tam yoxlanılıb.

Yazılarda Ermənistanın baş naziri N.Paşinyanın həmin raketlərin 10 faiz yararlı olduğu barədə fikirlərini sitat gətirib, bu faktın həqiqət olduğu qeyd edilib.

Bundan başqa, materiallarda Ukraynanın nüfuzlu blogerlərinin, hərbi ekspertlərinin sosial şəbəkələrdə Şuşa şəhəri ətrafında “İskəndər” raketlərinin qalıqlarının tapıldığı barədə fikirləri də yer alıb.

Son xəbərlər

Orphus sistemi