Ermənistan tərəfi vurulan helikopter pilotlarının cəsədlərinin qaytarılması üçün BQXK-ya müraciət edib

Qarabağ
  • 13 noyabr, 2014
  • 10:40
Ermənistan tərəfi vurulan helikopter pilotlarının cəsədlərinin qaytarılması üçün BQXK-ya müraciət edib

Bakı. 13 noyabr. REPORT.AZ/ Ermənistan tərəfi Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) müraciət edib və noyabr ayının 12-də Azərbaycan tərəfindən vurulan helikopterin üç pilotunun cəsədlərinin qaytarılması məsələsində vasitəçi qismində çıxış etməyi xahiş edib. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə qondarma DQR-nin "müdafiə ordusunun" komandiri Movses Akopyan bildirib.  

O bildirib ki, helikopter cəbhə xətti yaxınlığında vurulduğuna görə, Ermənistan tərəfi ölənlərin cəsədlərini götürə bilmir. Buna görə də BQXK-ya belə bir müraciət olunub.

Qeyd edək ki, hadisə ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən,  cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək Azərbaycan mövqelərinə hücum edib. Azərbaycan qoşunları tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti