Bakı. 26 fevral. REPORT.AZ/ Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması
"Report"un xəbərinə görə, başsağlığı mətnində deyilir:
"Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Qarabağ müharibəsinin ən faciəli, qəddarlığı baxımından misli olmayan səhifələrindən biri - Xocalı hadisələrinin ildönümü ilə əlaqədar Azərbaycan xalqına öz dərin başsağlığını bildirir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə, düşmən hərbi qüvvələri 613 insanın həyatına son qoydu, onlarla ailə məhv edildi, yüzlərlə uşaq hər iki valideynini itirdi, 150 nəfər itkin düşdü. Qədim şəhər tamamilə yer üzündən silindi.
Xocalı faciəsi 20-ci əsrin sonunun ən dramatik və qanlı hadisələrin sırasında tarixə yazılmışdır. Bu, Azərbaycan xalqına və insanlığa qarşı, insan hüquqlarını kobudcasına pozan və beynəlxalq hüquqa göz yuman dəhşətli cinayətdir.
Azərbaycan üçün ağrılı olan və yaddaşlardan silinməyən bu tarixdə Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Azərbaycan xalqına qarşı həyata keçirilən etnik təmizləmə siyasətini və müharibə cinayətlərini pisləyir və belə bir faciənin gələcəkdə təkrarlanmasının qarşısını almaq üçün Ermənistan və Azərbaycan xalqlarını Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli edilməsi istiqamətində səylər göstərməyə çağırır.
Biz Ermənistan və Azərbaycan xalqlarını, bütün dünya ictimaiyyətini bu qanlı müharibəni dayandırmaq və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün bütün səyləri səfərbər etməyə çağırırıq".