Ermənilər Tərtəri yenə atəşə tutub

Ermənilər Tərtəri yenə atəşə tutub Cəbhədə döyüşlər davam edir.
Qarabağ
8219
6 Oktyabr , 2020 12:31
Ermənilər Tərtəri yenə atəşə tutub

Cəbhədə döyüşlər davam edir.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və hədəflənmiş şəkildə Tərtər şəhərini və ətraf kəndləri yenidən artilleriya atəşinə tutur, dinc sakinləri hədəf alır.

Səhər saatlarından başlayaraq ermənilər Tərtər şəhərinə 130-dan çox top mərmiləri atıb. Nəticədə mülki evlərə, mülki obyektlərə ziyan dəyib.

Azərbaycan Ordusu tərəfindən düşmənə adekvat tədbirlər görülür, hazırda döyüşlər davam edir.

İngilis versiyası Armenia again shells Tartar

Son xəbərlər

Orphus sistemi