Ərdoğan və Putin Qarabağ məsələsini müzakirə etdilər

Ərdoğan və Putin Qarabağ məsələsini müzakirə etdilər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Qarabağ
24 Noyabr , 2020 23:02
Ərdoğan və Putin Qarabağ məsələsini müzakirə etdilər
Vladimir Putin və  Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə "Report" Türkiyə Prezidenti Administrasiyasına istinadən xəbər verir.

Məlumata görə, Türkiyə və Rusiya prezidentləri Qarabağda birgə monitorinq mərkəzinin yaradılmasını müzakirə ediblər. Ərdoğan mərkəzin tezliklə fəaliyyətə başlaması ilə bağlı fikrini bildirib.

"Prezidentimiz Putinlə danışığın gedişatında Qarabağda böhranın və regionda sabitliyin həlli məsələsinin təminatı üçün qəbul edilmiş addımlar çərçivəsində Rusiya ilə birlikdə yaradılacaq monitorinq mərkəzinin mümkün qədər tez işə başlamasının zəruri olduğunu bildirib", - xəbərdə deyilir.

Ərdoğan vurğulayıb ki, razılaşmanın reallaşdırması prosesində erməni tərəfi öz vəzifələrindən yayınmamalıdır.

Türkiyə və Rusiya prezidentləri eyni zamanda Liviyada, həmçinin Suriyada yaranmış mövcud vəziyyəti də müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi