Ekspert: "Regionda nəqliyyat yollarının açılması ilə iqtisadi əlaqələr dirçələcək"

Ekspert: "Regionda nəqliyyat yollarının açılması ilə iqtisadi əlaqələr dirçələcək" “Moskvadakı üçtərəfli görüşün məqsədi ölkə başçılarının 9 noyabr bəyanatının yerinə yetiriləcəyini bir daha vurğulaması olub. Buna heç bir alternativ ola bilməz”.
Qarabağ
596
12 Yanvar , 2021 19:59
Ekspert: Regionda nəqliyyat yollarının açılması ilə iqtisadi əlaqələr dirçələcək
Andrey Petrov

“Moskvadakı üçtərəfli görüşün məqsədi ölkə başçılarının 9 noyabr bəyanatının yerinə yetiriləcəyini bir daha vurğulaması olub. Buna heç bir alternativ ola bilməz”.

Bunu “Report”un Rusiya bürosuna “Vestnik Kafkaza” İnformasiya Agentliyinin eksperti Andrey Petrov bildirib.

“Nəqliyyat yollarının açılması istiqamətindəki işlərin təfərrüatı ortaya qoyuldu. Sərhədlərin açılmasını Ermənistan da daxil olmaqla bütün tərəflər dəstəklədi. Cənubi Qafqazdakı vəziyyəti həll etmək üçün yaradılan yeni işçi format çərçivəsində yol tikintisi istiqamətində görüləcək işlər müəyyənləşdiriləcək”, - deyən ekspertin fikrincə, sərhədlərin açılması Azərbaycan iqtisadiyyatına da müsbət təsir edəcək: “Nəqliyyat yollarının açılması iqtisadi əlaqələrin dirçəlməsinə gətirib çıxaracaq. Azad edilən ərazilərdə salınacaq dəmir yolu xətləri Naxçıvan üzərindən Türkiyəyə uzanaraq Azərbaycanın bu ölkə ilə iqtisadi əlaqələrini daha da genişləndirəcək. Rusiya üçün isə bu qərar Ermənistanla hazırda mövcud olmayan tammiqyaslı dəmir yolu bağlantısının açılmasına şərait yaradacaq”.

Xatırladaq ki, 11 yanvar tarixində Moskva şəhərində Azərbaycan, Rusiya və Ermənistan liderləri görüşün yekununda birgə bəyanat imzalayıblar.

Son xəbərlər

Orphus sistemi