Ekspert: “Birgə nəqliyyat layihələrinin həyata keçirilməsi bütün region üçün faydalı olacaq”

Ekspert: “Birgə nəqliyyat layihələrinin həyata keçirilməsi bütün region üçün faydalı olacaq” "Kompromislər və təmas nöqtələrini tapmaq cəhdləri artıq böyük şeydir”
Qarabağ
1 Fevral , 2021 16:04
Ekspert: “Birgə nəqliyyat layihələrinin həyata keçirilməsi bütün region üçün faydalı olacaq”
Mixail Finkel

“Üçtərəfli bəyanatda göstərilən maddələrin həyata keçirilməsi müsbət məqamdır. Çünki hər gecədən sonra səhər gəldiyi kimi, hər müharibədən sonra da barışıq vaxtı gəlir”.

Bunu “Report”a israilli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə ekspert Mixail Finkel yekununda daşınmalar və onların təhlükəsizliyinin təminatı, həmçinin nəzarət məsələləri üzrə ekspert yarımqruplarını yaratmaq barədə qərar qəbul edilən Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, bu ekspert yarımqruplarının işi və bu cür ortaq layihələrin həyata keçirilməsi bütün regiona faydalı olacaq: “Bu istiqamətdə işlərin başladığını anlamaq mənə çox xoşdur. Bu, əlbəttə ki, bütün tərəflər üçün müsbət amildir. Çünki qonşu dövlətlər daim bir-birindən üz çevirmiş halda qala bilməzlər. Kompromislər və təmas nöqtələrini tapmaq cəhdləri artıq böyük şeydir”.

Eyni zamanda ekspert erməni tərəfinin qətiyyətliliyinə şübhə ilə yanaşdığını da qeyd edib: “Təəssüf ki, hətta bu cür ikinci dərəcəli məsələlərdə belə tam əməkdaşlıq qurmağın mümkün olacağına əmin deyiləm, çünki Ermənistan tərəfində Azərbaycana qarşı böyük inamsızlıq, qərəz və nifrət var. Bütün bunlar hətta belə məsələlərdə belə münasibətlərin normallaşmasına kömək etmir”.

Son xəbərlər

Orphus sistemi