Ekspertlər Şuşadakı erməni terroruna münasibət bildiriblər: "Antiterror əməliyyatının vaxtıdır"

Ekspertlər Şuşadakı erməni terroruna münasibət bildiriblər: "Antiterror əməliyyatının vaxtıdır" “Son hadisə bir daha ermənilərin müharibədəki məğlubiyyətlə barışmaq istəmədiklərini təsdiqləyir. Görünür, separatçıların tör-töküntülərinin nümayəndəsi Araik Arutunyanın bu yaxınlarda mülki əhalinin silahlandırılmasına dair bəyanatı faktiki olaraq yerinə
Qarabağ
13 Noyabr , 2021 12:06
Ekspertlər Şuşadakı erməni terroruna münasibət bildiriblər: Antiterror əməliyyatının vaxtıdır

“Son hadisə bir daha ermənilərin müharibədəki məğlubiyyətlə barışmaq istəmədiklərini təsdiqləyir. Görünür, separatçıların tör-töküntülərinin nümayəndəsi Araik Arutunyanın bu yaxınlarda mülki əhalinin silahlandırılmasına dair bəyanatı faktiki olaraq yerinə yetirilməkdədir".

Bu fikirləri “Report”a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Qarabağda erməni terrorçunun azərbaycanlı və rusiyalı hərbçilərin olduğu blokposta qumbara atmasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, "Ermənistanın mülki şəxsində qumbaranın nə üçün olduğu" sualının cavabı məhz Araik Arutunyandadır: "Təəssüflər olsun ki, Rusiya sülhməramlıları hələ də regiondakı erməniləri tərksilah etməyiblər. Bu proses baş tutmayanadək gələcəkdə də oxşar proseslərin yaşanması gözləniləndir”

Ədalət Verdiyev
Ədalət Verdiyev

Ə.Verdiyev hesab edir ki, düşmənə adekvat cavab verilməlidir: “Bu hal ilk dəfə deyil. Əvvəllər də dəfələrlə analoji təxribatlar olub. Son bir həftədə 3-4 dəfə sabotaj cəhdi olub. Artıq Azərbaycan əsgərinin “dəmir yumruğ”unu bir daha havaya qaldırması üçün real şərait yaranıb. Düşünürəm ki, antiterror əməliyyatı istiqamətində real addımlar atmağın vaxtıdır”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov "Report"a açıqlamasında deyib ki, belə halların gələcəkdə də təkrarlanması istisna deyil: “Onlar ən sərt şəkildə cəzalanmayanadək özbaşınalıq davam edəcək. Ermənilər Rusiya sülhməramlılarının olduğu ərazidə özlərini çox məsuliyyətsiz aparırlar. Baş verənlər də bunu göstərir. Belə təxribatlar ilk dəfə deyil. Düşmən bundan sonra sülhməramlılar üçün də təhlükə yaradacaq”.

Üzeyir Cəfərov
Üzeyir Cəfərov

O, həmçinin ermənilərin sabotaja əl atmasının məqsədlərini də açıqlayıb: “Ermənilər bizi təxribata çəkərək yenidən qan tökülməsini, proseslərin uzanmasını istəyirlər. Fikrimcə, bu məsələlər həllini tapmalıdır. Əks halda məcbur olub yenidən silah işlədəcəyik və bu, ermənilərə baha başa gələcək. Ona görə də düşmən bundan lazımi nəticə çıxarmalı, məğlubiyyətlə barışmalıdır. Yoxsa biz müvafiq tədbirlər görəcəyik”.

Xatırladaq ki, Baş Prokuroluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumat məlumata əsasən, noyabrın 13-ü saat 07:12-də Azərbaycann Xankəndi şəhərindən Xankəndi-Laçın şosse yolu ilə 48-MN-048 ER dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan və qeyriləri cinayətkar birlik halında “RQD-5” markalı əl qumbarası və digər odlu silah, partlayıcı maddələr əldə edib gəzdirməklə Azərbaycan Respublikasının ərazisində terror aktı törətmək, habelə qəsdən adam öldürmək məqsədilə idarə etdiyi avtomobildən düşüb Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin və Rusiya Federasiyasının sülhməramlı kontingentinin hərbi qulluqçularının həyatını təhlükəyə atmaqla əl qumbarasını onların istiqamətində atmış, nəticədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Hafiz Nəsibova və digərlərinə (cəmi üç nəfərə) müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə milli düşmənçilik niyyətilə qəsdən öldürülmələrinə cəhd edib. Azərbaycan Baş Prokuroru tərəfindən fakta görə Cinayət Məcəlləsinin 29, 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.3, (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4 ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri aparılır.

Son xəbərlər

Orphus sistemi