Ekspedisiya rəisi: “Şuşada kütləvi məzarlıq aşkarlanan ərazidə araşdırmaların miqyası genişləndiriləcək”

Ekspedisiya rəisi: “Şuşada kütləvi məzarlıq aşkarlanan ərazidə araşdırmaların miqyası genişləndiriləcək” “İşğal dövründə Şuşada saxlanılan azərbaycanlılar türməsi ərazisində insan qalıqlarının skleti aşkara çıxarılıb. Biz də bura ezamiyyətə göndərildik”.
Qarabağ
3 İyun , 2023 14:26
Ekspedisiya rəisi: “Şuşada kütləvi məzarlıq aşkarlanan ərazidə araşdırmaların miqyası genişləndiriləcək”

“Şuşada kütləvi məzarlıq aşkarlanan ərazidə araşdırmaların miqyası genişləndiriləcək”.

"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi katibi, Xocavənd-Füzuli arxeoloji ekspedisiyasının rəisi Akif Quliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, iyunun 2-də Şuşa türməsi ərazisində insan qalıqlarının skeleti aşkara çıxarılıb və araşdırmalar aparmaq üçün əraziyə ezam olunublar.

A.Quliyev bildirib ki, əraziyə baxış keçiriblər: “İnsan qalıqlarının, həqiqətən, aşkara çıxarıldğı məlum oldu. Şahidlərin ifadəsinə görə, Birinci Qarabağ müharibəsi zamanı burada Azərbaycan vətəndaşları saxlanılıb və ölənlər türmənin ərazisində dəfn edilib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, burada 3-4 insan dəfn edilib. Araşdırmaların miqyası genişləndiriləcək və nəticələr barədə məlumat veriləcək. Həmçinin digər ərazilərdə də Azərbaycan vətəndaşlarının dəfn olunmasına dair məlumat var. Oralarda da araşdırma aparılacaq”.

Son xəbərlər

Orphus sistemi