Diplomatik korpusun nümayəndələri Ağdam şəhərindədir

Diplomatik korpusun nümayəndələri Ağdam şəhərindədir Diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri işğaldan azad edilən Ağdam şəhərində səfərdədir.
Qarabağ
9080
28 Noyabr , 2020 14:22
Diplomatik korpusun nümayəndələri Ağdam şəhərindədir

Azərbaycandakı diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər ediblər.

"Report" xəbər verir ki, səfərin məqsədi diplomatları Ermənistan silahlı qüvvələrinin Ağdam şəhərində törətdiyi vəhşiliklər, cinayət izləri ilə tanış etməkdir.

Diplomatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və digər rəsmi şəxslər müşayiət ediblər.

Diplomatlar Ağdam şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələri ilə tanış olublar. Onlar burada ermənilərin 27 il ərzində törətdikləri vandalizmi öz gözləri ilə görüblər.

Məlumat verilib ki, ermənilər Ağdamda yaşayış məntəqələrini, qəbiristanlıqları, tarixi, mədəni abidələri vəhşicəsinə dağıdıblar.

Son xəbərlər

Orphus sistemi