Daşkəsən və Gəncədə Vətən Müharibəsi şəhidləri anılıb

Daşkəsən və Gəncədə Vətən Müharibəsi şəhidləri anılıb Daşkəsən və Gəncədə Şuşa döyüşlərində şəhid olan Orxan Bəxtiyarovun və Tural İsmayılovun anım mərasimi keçirilib.
Qarabağ
16 Noyabr , 2021 22:27
Daşkəsən və Gəncədə Vətən Müharibəsi şəhidləri anılıb

Daşkəsən və Gəncədə Şuşa döyüşlərində şəhid olan Orxan Bəxtiyarovun və Tural İsmayılovun anım mərasimi keçirilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Vətən müharibəsi şəhidi, əsgər Bəxtiyarov Orxan Sərvər oğlunun anım günü Daşkəsən Şəhidlər Xiyabanında qeyd edilib.

Anım mərasimində şəhidin ailə üzvləri, qazilər ictimaiyyət nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhid Orxan Bəxtiyarovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarına güllər düzülüb, dualar oxunub.

Çıxış edənlər Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun göstərdiyi şücaətdən, şəhidin döyüş yolundan danışıblar. Sonra məktəb şagirdləri Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər oxuyublar.

Şəhidin anası Gülbəs Bəxtiyarova ailəsinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Qeyd edək ki, Orxan Bəxtiyarov 1991-ci ildə Daşkəsən şəhərində andan olub. O, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, qəhrəmancasına vuruşub, şəxsi igidlik və şücaət göstərib. Orxan Bəxtiyarov 2020-ci il noyabrın 7-də Şuşa döyüşləri zamanı qəhrəmançasına şəhidlik zirvəsinə ucalıb. O, noyabrın 16-da Daşkəsən rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin sərəncamları ilə şəhid Orxan Bəxtiyarov “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Bu gün Vətən Müharibəsi şəhidi, əsgər İsmayılov Tural Nürəddin oğlunun da anım mərasimi keçirilib. Şəhidin Gəncə Şəhidlər Xiyabanında olan məzarı üstə keçirilən anım mərasimində şəhid valideynləri, qazilər Daşkəsən rayon İcra hakimiyyətinin işçiləri, hüquq-mühafizə orqanları, SHXÇDX-nin rayon şöbəsinin əməkdaşı, ictimaiyyət nümayəndələrinin iştirak edib.

Anım mərasimində Tural İsmayılovun xatirəsi anılıb, ruhuna dualar oxunub, məzarına güllər düzülüb, şərəfli həyat və döyüş yolundan söhbət açılıb.

Şəhidin atası Nürəddin İsmayılov, anası Nazilə İsmayılova ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Qeyd edək ki, Tural İsmayılov 1999-cu ildə Daşkəsən rayonunun Zivlan kəndində andan olub. O, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, şəxsi igidlik və şücaət göstərib. T.İsmayılov 2020-ci il noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb, 2020-ci il noyabrın 16-da Gəncə Şəhidlər Xiyabanında dəfn olunub. Prezident İlham Əliyevin sərəncamları ilə T.İsmayılov “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi