“Azərbaycan Respublikasının
İcmadan "Report"a verilən məlumata görə, görüşdə icma üzvləri bildiriblər ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının ləyaqətli şəkildə mövcudluğu və sülh şəraitində birgə yaşayışının təmin edilməsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpası, işğalçı Ermənistan qüvvələrinin oradan çıxarılması və torpaqlarından qovulmuş azərbaycanlıların geri dönüşü ilə mümkündür.
Qeyd olunan şərtlər daxilində bölgədə dayanıqlı və ədalətli sülhün bərqərar ola biləcəyi icma üzvləri tərəfindən bəyan edilib.
İcma üzvləri həmsədrlərin regiona səfər etdikləri bir dövrdə qoşunların təmas xəttində Ermənistanın hərbi birləşmələri tərəfindən açılan atəş nəticəsində hərbi qulluqçumuzun öldürülməsindən ciddi narahatlıqlarını ifadə ediblər. Bildirilib ki, bu Ermənistanın münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını və hər vəchlə danışıqları pozmağa çalışdığını göstərir.
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması işğal altında olan ərazilərimizdə tarixi və mədəni irsimizin məhv edilməsi və dəyişdirilməsinə yönələn hərəkətlərin dərin narahatlığa səbəb olduğunu bildirməklə, bunun qəbuledilməz olduğunu vurğulayıb.