Ceyhun Bayramov: "Azərbaycan bu qanlı münaqişənin yaralarının sağaldılmasına böyük əhəmiyyət verir"

Ceyhun Bayramov: "Azərbaycan bu qanlı münaqişənin yaralarının sağaldılmasına böyük əhəmiyyət verir" "Onilliklərlə davam edən münaqişənin aradan qaldırılması üçün tədbirlər görməklə bağlı öhdəlik qoyur"
Qarabağ
22 Fevral , 2021 18:17
Ceyhun Bayramov: Azərbaycan bu qanlı münaqişənin yaralarının sağaldılmasına böyük əhəmiyyət verir
Ceyhun Bayramov

"Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat Ermənistan və Azərbaycan üzərinə bütün hərbi fəaliyyətləri dayandırmaq və onilliklərlə davam edən münaqişənin aradan qaldırılması üçün tədbirlər görməklə bağlı öhdəlik qoyur".

"Report" xəbər verir ki, bunu Xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 46-cı sessiyasının Yüksək Səviyyəli Seqmentində çıxışında deyib.

"Azərbaycan bu sənədin tam əməli icrasına və Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması əsasında bu qanlı münaqişənin yaralarının sağaldılmasına böyük əhəmiyyət verir. İnanırıq ki, BMT başda olmaqla beynəlxalq ictimaiyyət bölgədə xoş qonşuluq münasibətlərinin bərpasına yönəlmiş Üçtərəfli Bəyanatın həyata keçirilməsinin dəstəklənməsində mühüm rol oynaya bilər", - nazir bildirib.

Son xəbərlər

Orphus sistemi