Cəsur topçunun böyüyüb boya-başa çatdığı evdən reportaj

Cəsur topçunun böyüyüb boya-başa çatdığı evdən reportaj "Report"un Şimal bürosu Xaçmazın Qusarçay kəndində  anadan olan cəsur topçunun yaşadığı evdə olub, valideynləri və yaxınlarıyla görüşüb, onların təəssüratlarını bölüşüb
Qarabağ
8 Noyabr , 2020 00:03
Cəsur topçunun böyüyüb boya-başa çatdığı evdən reportaj

Azərbaycan xalqı onu Müdafiə Nazirliyinin bir neçə gün əvvəl yaydığı videodan tanıdı. Top atəşini yerinə yetirdikdən sonra cəsur duruşu ilə igid Azərbaycan əsgərinin simvoluna çevrilən Vüsal Şahkərimov barədə video və fotolar qısa müddət ərzində sosial şəbəkələrin və medianın gündəminə çevrildi.

"Report"un Şimal bürosu Xaçmazın Qusarçay kəndində anadan olan cəsur topçunun yaşadığı evdə olub, əsgərimizin valideynləri və yaxınları ilə görüşərək onların təəssüratlarını öyrənib.

V.Şahkərimovun doğmaları onun barəsində fəxrlə, qürurla, ürəkdolusu danışırlar.

Onlar qeyd edirlər ki, Vüsalın böyüyüb boya-başa çatdığı evə hər gün ziyarətçilər gəlir. Cəsur topçunun doğmaları Azərbaycanın belə igid övladları ilə fəxr etdiklərini və düşmənin məhz onların sayəsində məhv ediləcəyini bildiriblər.

Son xəbərlər

Orphus sistemi