Çarlz Veyli: Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük turizm potensialı var

Çarlz Veyli: Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük turizm potensialı var MTP (Most traveled People) təşkilatının bir qrup səyyahı artıq üçüncü dəfədir ki, Qarabağa səfər edir və regionda aparılan bərpa işlərinin sürətinə heyran qalıb.
Qarabağ
25 İyul , 2024 13:53
Çarlz Veyli: Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük turizm potensialı var

MTP (Most traveled People) təşkilatının bir qrup səyyahı artıq dördüncü dəfədir ki, Qarabağa səfər edirlər və onlar regionda aparılan bərpa işlərinin sürətinə heyran qalıblar.

"Report"un məlumatına görə, bunu MTP-nin rəhbəri Çarlz Veyli deyib.

"Bu, qrupumuzla Qarabağa artıq dördüncü səfərimizdir. Füzuli, Şuşa, Ağdam, Laçın və Zəngilanın hansı sürətlə bərpa olunduğunu görürük. Hər dəfə yeni bir şeyin şahidi oluruq. Qarabağa gəlmək insanların həqiqətən də çox xoşuna gəlir” – o əlavə edib.

Veyli qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri böyük turizm potensialına malikdir.

"Hesab edirəm ki, yerli turizmin yaxşı gələcəyi var. Mən hər il buraya gələrək regionun necə dəyişdiyini görmək istəyirəm", – o bildirib.

Xatırladaq ki, 35 beynəlxalq səyyahdan ibarət heyət bu gün Şuşaya səfər edib.

Səfər dünyamiqyaslı MTP (Most traveled People) təşkilatı tərəfindən təşkil olunub.

Son 4 il ərzində 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyyah Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib. Səyyah Çarlz Veylinin rəhbərlik etdiyi qrupun səfəri bu qəbildən olan sayca 11-ci səfərdir. Bu səfərdə 13 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digər ölkələrdən səyyahlar iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi