Xankəndi-Laçın yolu vasitəsilə milliyyətcə erməni olan 3 ağır xəstə Ermənistana təxliyə edilib - YENİLƏNİB-2

Xankəndi-Laçın yolu vasitəsilə milliyyətcə erməni olan 3 ağır xəstə Ermənistana təxliyə edilib - YENİLƏNİB-2 Bu gün Xankəndi-Laçın yolu vasitəsilə milliyyətcə erməni olan 3 nəfər ağır xəstə Ermənistana təxliyə edilib.
Qarabağ
28 Dekabr , 2022 09:31
Xankəndi-Laçın yolu vasitəsilə milliyyətcə erməni olan 3 ağır xəstə Ermənistana təxliyə edilib - YENİLƏNİB-2

Beynəlxalq Qırmızı Xaç Komitəsindən (BQXK) Xankəndi xəstəxanasındakı 3 nəfər ağır xəstənin Ermənistana təxliyə olunmasına şərait yaradılması ilə bağlı müraciət daxil olub.

“Report”un ərazidə olan əməkdaşının verdiyi xəbərə görə, müraciətdə xəstələri 2 nəfər ailə üzvünün və 2 nəfər tibb heyətinin müşayiət edəcəyi, onlardan əlavə BQXK-yə məxsus 3 ədəd Toyota Land Cruiser markalı avtomobildən ibarət karvanda 3 nəfər sürücü və 1 nəfər BQXK nümayəndəsinin olacağı bildirilib.

Karvan 08:47 radələrində aksiya yerindən keçib. Onların keçidinə heç bir maneə törədilməyib.

Avtomobil karvanı eyni gün Ermənistandan Xankəndinə qayıdacaq və qayıdarkən baqaj hissəsində Xankəndi xəstəxanası üçün dərman və tibbi ləvazimatlar daşınacaq.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 17 gündür davam edir.

09:24

Bu gün Xankəndi-Laçın yolu vasitəsilə milliyyətcə erməni olan 3 ağır xəstə Ermənistana təxliyə edilib.

“Report”un aksiyanı işıqlandıran əməkdaşının verdiyi xəbərə görə, onlar 08:47-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus "Toyota Land Cruiser" markalı 3 avtomobil aksiya yerindən keçərək Xankəndidən Laçına doğru hərəkət ediblər.

08:48

Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus daha üç avtomobilin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələri Xankəndidən Laçın istiqamətinə maneəsiz şəkildə hərəkət ediblər.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 17 gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Son xəbərlər

Orphus sistemi