BMT-nin binası önündə Xocalıya həsr olunmuş sərgi təşkil edilib

BMT-nin binası önündə Xocalıya həsr olunmuş sərgi təşkil edilib BMT-nin Baş Qərargahının binası önündə Xocalı soyqırımı dəhşətlərinin yer aldığı fotolardan ibarət rəsm sərgisi təşkil edilib
Qarabağ
26 Fevral , 2021 22:09
BMT-nin binası önündə Xocalıya həsr olunmuş sərgi təşkil edilib

ABŞ-ın Nyu-York şəhərinin Manhattan adasında yerləşən və beynəlxalq diplomatiya üçün vacib mərkəz hesab olunan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Qərargahının binası önündə Xocalı soyqırımı dəhşətlərinin yer aldığı fotolardan ibarət rəsm sərgisi təşkil edilib.

“Report”un yerli bürosu xəbər verir ki, sərgi Azərbaycan-Nyu-York Assosiasiyasının təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

“Xocalıya ədalət” (Justice for Khojaly) adı altında keçirilən sərgidə soyqırım zamanı ermənilərin amansızlıqla qətlə yetirdiyi insanların lentə alınmış fotoları nümayiş etdirilib.

Əraziyə üzərində bəşər tarixinin ən dəhşətli cinayəti olan Xocalı soyqırımı haqqında həqiqətlərin, tarixi fakların əks olunduğu rəqəmsal plakatların olduğu xüsusi maşın da gətirilib.

Sərgi ABŞ ictimayyətinin, yerli medianın, ərazidə olan diplomatların və avtomobillərlə yoldan keçən yerli sakinlərin diqqətini çəkib. Onlar həmvətənlərimizə yaxınlaşıb Xocalı soyqırımı haqqında məlumatlar alıblar.

Azərbaycan-Nyu-York Assosiasiyasının sədri Ercan Yerdərəli və ABŞ-da yaşayan aktiv azərbaycanlı gənclər sərgiyə baxan insanlara tarix böyük ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırım siyasəti və onların Xocalıda körpə və yaşlı demədən insanlığa sıxmayan vəhşiliklə həyata keçirdikləri cinayətlər haqqında məlumatlar veriblər.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi