Belçikalı səyahətçi: “Beynəlxalq ictimaiyyət minatəmizləmə fəaliyyətində Azərbaycana kömək etməlidir”

Belçikalı səyahətçi: “Beynəlxalq ictimaiyyət minatəmizləmə fəaliyyətində Azərbaycana kömək etməlidir” “Beynəlxalq ictimaiyyət və təşkilatlar işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində Azərbaycana kömək etməlidir”.
Qarabağ
6 Fevral , 2023 17:07
Belçikalı səyahətçi: “Beynəlxalq ictimaiyyət minatəmizləmə fəaliyyətində Azərbaycana kömək etməlidir”

“Beynəlxalq ictimaiyyət və təşkilatlar işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində Azərbaycana kömək etməlidir”.

Bunu "Report"a Belçikadan olan səyahətçi İv Buvi (Yves Bouvie) deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin bu işdə Azərbaycana kömək etmək üçün böyük təşəbbüs göstərməməsi təəccüb doğurur.

"Çox təəccüblənirəm və məyus oluram. Ağdama ilk dəfədir gəlirəm. Bilirəm ki, Ağdam ermənilərin dağıdıcılıq və vandalizm aktlarını simvolizə edən şəhərlərdən biridir", - o qeyd edib və dağıntıların miqyasından şoka düşdüyünü bildirib.

Ermənilərin evləri, infrastrukturu dağıtdığına diqqət çəkən səyahətçi bu dağıntıların sistematik xarakter daşıdığının göz qabağında olduğunu vurğulayıb.

“Ermənilərin niyyəti azərbaycanlıların bir daha bura qayıtmaması olub. Lakin böyük iradəyə malik azərbaycanlılar ermənilərin bütün səylərinə baxmayaraq, öz doğma yurd-yuvalarına qayıdırlar”, - İv Buvi fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi