BAMF ermənilərin mövqelərimizə boynuna mina bağlanmış it göndərməsini terror aktı kimi qiymətləndirib

BAMF ermənilərin mövqelərimizə boynuna mina bağlanmış it göndərməsini terror aktı kimi qiymətləndirib Ermənistan silahlı qüvvələrinin ünsürlərinin Azərbaycan mövqelərinə məsafədən idarə olunan bomba ilə təchiz edilmiş it göndərməsi terror aktıdır.
Qarabağ
12 Sentyabr , 2023 17:30
BAMF ermənilərin mövqelərimizə boynuna mina bağlanmış it göndərməsini terror aktı kimi qiymətləndirib

Ermənistan silahlı qüvvələrinin ünsürlərinin Azərbaycan mövqelərinə məsafədən idarə olunan bomba ilə təchiz edilmiş it göndərməsi terror aktıdır.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ermənilərin növbəti təxribatı barədə yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, bu, növbəti əxlaqsız terror aktıdır:

“Beynəlxalq Avrasiya Mətbuat Fondu bu hadisəni terror cəhdi hesab edir və şiddətlə pisləyir”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 11-i saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində erməni silahlılarının terror-təxribat əməlinin miqyasını böyütmək və şəxsi heyətə daha çox xəsarət yetirmək məqsədilə mövqelərimizə daxil olan itin üzərindəki əldə düzəlmə partlayıcı qurğunu işə salmaq cəhdinin qarşısı alınıb. Nazirlik bunu terror aktı kimi qiymətləndirib və bildirib ki, heyvanlardan sui-qəsd məqsədilə istifadə olunması mənəviyyatsız hərəkətdir.

Son xəbərlər

Orphus sistemi