Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi Ukrayna QHT-lərinin diqqət mərkəzindədir

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi Ukrayna QHT-lərinin diqqət mərkəzindədir Ukraynada fəaliyyət göstərən “Rusiya Təbliğatına qarşı Mübarizə üzrə Beynəlxalq Mərkəz” adlı qeyri-hökumət təşkilatının saytında Azərbaycanın işğaldan azad edilmiş əraziləri ilə bağlı məqalə yerləşdirilib.
Qarabağ
2 Fevral , 2023 14:38
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi Ukrayna QHT-lərinin diqqət mərkəzindədir

Ukraynada fəaliyyət göstərən “Rusiya Təbliğatına qarşı Mübarizə üzrə Beynəlxalq Mərkəz” adlı qeyri-hökumət təşkilatının saytında Azərbaycanın işğaldan azad edilmiş əraziləri ilə bağlı məqalə yerləşdirilib.

"Report" xəbər verir ki, məqalənin müəllifi yazır: "İndi Ukraynada baş verənlər bir vaxtlar Azərbaycanda da baş verib. Bizim səhvimiz tarixdən dərs çıxarmamağımızdadır”.

44 günlük müharibədə qələbə, ərazilərinin işğaldan azad edilməsi, nəhəng minalanmış sahələrin təmizlənməsi, dağıdılmış şəhərlərin, infrastrukturun bərpası və əhalinin uzun illər çəkilən iztirablardan sonra dinc həyat sürmək cəhdləri - bu, Azərbaycanın hazırda keçdiyi, Ukraynanın isə gələcəkdə keçəcəyi yoldur: “Bununla bağlı bizim dostlarımızın tarixini öyrənmək və bundan əvəzsiz dərslər çıxarmaq imkanımız var”.

Məqalə müəllifi qeyd edir ki, müharibədə qazanılan qələbədən sonra Azərbaycanın ilk işi azad edilmiş ərazilərin minalardan təmizlənməsi olub.

Onun sözlərinə görə, minaların basdırılma sıxlığı çox yüksəkdir (xüsusən də tarixi və dini yerlərin olduğu ərazilərdə), milyonlarla qırıntı və giliz minatəmizləmə prosesini ciddi şəkildə ləngidir.

Məqalənin tam versiyası ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi