Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, o cümlədən xarici ölkələrin səfirlərinin, hərbi attaşelərin və beynəlxalq təşkilatların təmsilçilərinin Qarabağa, o cümlədən Füzuli və Şuşaya səfəri başlayıb.
“Report” xəbər verir ki, diplomatik korpusların və beynəlxalq qurumların nümayəndələrinin olduğu təyyarə Füzuli Beynəlxalq Hava Limanına enib.
Onların arasında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva və başqa şəxslər də var.
Qonaqlar əvvəlcə Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa şəhəri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Füzulinin və rayonun bərpası planları haqqında qonaqlara təqdimatla çıxış edib.