Azərbaycan Silahlı Qüvvələri düşmən mövqelərinə 95 dəfə atəş zərbəsi endirib

Azərbaycan Silahlı Qüvvələri düşmən mövqelərinə 95 dəfə atəş zərbəsi endirib Erməni silahlı bölmələri atəşkəs rejimini 89 dəfə pozub
Qarabağ
22 Oktyabr , 2015 09:12
Azərbaycan Silahlı Qüvvələri düşmən mövqelərinə 95 dəfə atəş zərbəsi endirib

Bakı. 22 oktyabr REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 89 dəfə pozub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Yarımca, Qızıloba, Ağdam rayonunun Cəvahirli, Şıxlar, Kəngərli, Sarıcalı, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 95 dəfə atəş zərbəsi endirib.

Son xəbərlər

Orphus sistemi