Azərbaycan Prezidenti Ermənistandakı revanşist qüvvələrə xəbərdarlıq edib: "Dəmir yumruq yerindədir"

Azərbaycan Prezidenti Ermənistandakı revanşist qüvvələrə xəbərdarlıq edib: "Dəmir yumruq yerindədir" "Biz bütün azad edilmiş torpaqları bərpa edəcəyik"
Qarabağ
166
12 Aprel , 2021 17:44
Azərbaycan Prezidenti Ermənistandakı revanşist qüvvələrə xəbərdarlıq edib: Dəmir yumruq yerindədir
İlham Əliyev
0 : 00
0 : 00

"İndi azad edilmiş torpaqlara ezam olunan insanlar və xarici qonaqlar hər şeyi öz gözləri ilə görürlər. Biz bütün azad edilmiş torpaqları bərpa edəcəyik".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında çıxışı zamanı deyib.

"Sadəcə olaraq, biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Biz çox xeyirxah xalqıq. Bu, həm bizim üstünlüyümüzdür, eyni zamanda, qarşısında vəhşi olanda, xeyirxah olmaq olmaz. Onlara elə cavab verməliyik ki, bunu öz tarixi yaddaşlarında əbədi saxlasınlar, bu, onların yaddaşlarından heç vaxt silinməsin və silinməyəcək. Bu gün orada baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər, dəmir yumruq yerindədir, lazım olarsa, bunların başını elə əzərik və buna əbədi son qoyulacaq", - dövlət başçısı bildirib.

Son xəbərlər

Orphus sistemi