Avropa Məhkəməsi aprel döyüşlərində ermənilərin vurduğu ziyanla bağlı Azərbaycandan göndərilən iddiaları icraata götürüb

Avropa Məhkəməsi aprel döyüşlərində ermənilərin vurduğu ziyanla bağlı Azərbaycandan göndərilən iddiaları icraata götürüb 700 ərizə göndərilib
Qarabağ
108
10 Fevral , 2017 12:43
Avropa Məhkəməsi aprel döyüşlərində ermənilərin vurduğu ziyanla bağlı Azərbaycandan göndərilən iddiaları icraata götürüb

Bakı. 10 fevral. REPORT.AZ/ 2016-cı ilin aprel döyüşləri vaxtı ermənilərin vurduğu ziyanla bağlı Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə 700 ərizə göndərilib.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov bildirib.

“Artıq həmin işlər icraata götürülüb”, - deyə, Ç.Əsgərov əlavə edib.

Sektor müdiri vurğulayıb ki, Milli Qəhrəman Çingiz Qurbanovun nəşinin ermənilərdən alınması üçün böyük addımlar atılıb: “Möhtərəm prezidentin göstərdiyi səylər danılmazdır. Həmin hadisə ilə bağlı azərbaycanlı hüquqşünaslar tərəfindən Avropa İnsan Haqları Məhkəməsinə şikayət verilib”.

Son xəbərlər

Orphus sistemi