Aİ-nin xüsusi nümayəndəsi Ağdamda Qarabağ xanlarının abidələr kompleksinə və Şəhidlər xiyabanına baş çəkib

Aİ-nin xüsusi nümayəndəsi Ağdamda Qarabağ xanlarının abidələr kompleksinə və Şəhidlər xiyabanına baş çəkib Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Ağdam rayonuna gəlib.
Qarabağ
17 Sentyabr , 2021 16:20
Aİ-nin xüsusi nümayəndəsi Ağdamda Qarabağ xanlarının abidələr kompleksinə və Şəhidlər xiyabanına baş çəkib

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Ağdamda Qarabağ xanlarının abidələr kompleksinə və İmarət qəbiristanlığına baş çəkib.

“Report” xəbər verir ki, diplomat ermənilərin törətdiyi vandalizm aktları ilə tanış olub.

Avropa İttifaqının elçisini müşayiət edən Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov diplomata bölgənin tarixi və işğal dövründə Ermənistanın törətdiyi vəhşiliklər barədə geniş məlumat verib.

Daha sonra Aİ-nin xüsusi nümayəndəsi Şəhidlər xiyabanına və işğal zamanı ermənilər tərəfindən tamamilə dağıdılmış Ağdam Dram Teatrına baş çəkib.

T.Klaar həmçinin Ağdamda Cümə və Qiyaslı məscidi ilə tanış olub. 

14:56

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Ağdam rayonuna gəlib.

“Report” xəbər verir ki, səfər zamanı Aİ nümayəndəsi Qarabağın Ermənistan tərəfindən 30 illik işğalının fəsadları ilə tanış olacaq.

Xatırladaq ki, T.Klaarın sentyabrın 15-dən Azərbaycana başlayan səfərinin gündəliyinə rəsmi Bakı ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq, eləcə də, regional, təhlükəsizlik və humanitar məsələlərin müzakirəsi daxildir.

Son xəbərlər

Orphus sistemi