ATƏT sədri: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Minsk qrupunun fəaliyyətini dəstəkləyəcəyik"

ATƏT sədri: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Minsk qrupunun fəaliyyətini dəstəkləyəcəyik" Ancelino Alfano: "Diqqətimiz bütün həll olunmamış münaqişələrə yönələcək"
Qarabağ
11 Yanvar , 2018 13:45
ATƏT sədri: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Minsk qrupunun fəaliyyətini dəstəkləyəcəyik

Bakı. 11 yanvar. REPORT.AZ/ İtaliyanın ATƏT-dəki sədrliyi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 2018-ci ildə ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano Vyanada Daimi Şuranın iclasında 2018-ci ildə fəaliyyətinin prioritetlərini açıqlayarkən bildirib.

"Diqqətimiz bütün həll olunmamış münaqişələrə yönələcək", - ATƏT-in fəaliyyətdə olan sədri vurğulayıb.

O qeyd edib ki, 2018-ci ildə ATƏT-ə sədrlik çərçivəsində İtaliya təşkilata daxil olan ölkələr arasında dialoqun intensivləşdirilməsini nəzərdə tutur və bu, əsas prinsiplərdən biridir.

A.Alfanonun sözlərinə görə, İtaliyanın ATƏT-dəki sədrliyinin daha bir prioriteti Minsk razılaşmaları çərçivəsində Ukraynadakı böhranı həll etməkdir.

Son xəbərlər

Orphus sistemi