​ATƏT-in təmas xəttində keçirəcəyi monitorinqi türkiyəli polkovnik də izləyəcək

​ATƏT-in təmas xəttində keçirəcəyi monitorinqi türkiyəli polkovnik də izləyəcək Təmas xəttində növbəti monitorinq keçiriləcək
Qarabağ
3 Mart , 2015 09:31

Bakı. 3 mart. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 4-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçisi Xristo Xristov və ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik Tuncay Sevim (Türkiyə) keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Piter Svedberq və ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik Markus Uidmer(İsveçrə) keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi