AŞ Azərbaycan və Ermənistana müharibənin nəticələrini aradan qaldırmaq üçün tövsiyələr verəcək

AŞ Azərbaycan və Ermənistana müharibənin nəticələrini aradan qaldırmaq üçün tövsiyələr verəcək "Biz dəfələrlə Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çağırmışıq".
Qarabağ
25 Yanvar , 2021 20:52
AŞ Azərbaycan və Ermənistana müharibənin nəticələrini aradan qaldırmaq üçün tövsiyələr verəcək
Mariya Peyçinoviç-Buriç

"Biz dəfələrlə Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çağırmışıq".

“Report”un Fransa bürosu xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında çıxışı zamanı deyib.

O, Avropa Şurasının Dağlıq Qarabağda hərbi əməliyyatların başlaması zamanı hərəkətə keçən ilk tərəfdaşlardan biri olduğunu bildirib: "AŞPA prezidenti, mən və qurumun Nazirlər Kabinetinin prezidenti, üçümüz birlikdə hər iki ölkəni müharibəyə üz tutmamağa çağırmışıq. Onlara Avropa Şurasına üzv olarkən münaqişələrin sülh yolu ilə həll etmələri haqqında üzərlərinə götürdükləri öhdəliklərini xatırlatmışıq. Təəssüflər olsun ki, müharibə başlayıb və nəticədə çoxlu sayda hərbçi və mülki şəxs həlak olub".

Avropa Şurasının baş katibi qurumun yaxın günlərdə tərəflərə öz tövsiyələrini təqdim edəcəyini bildirib: "Sevindirici haldır ki, bu gün müharibə sona çatıb. Müharibədən sonrakı ərəfədə görüləcək işlər, həll olunmalı problemlər çoxdur. Mən hər iki tərəflə dialoq qura bilmişəm. Avropa Şurası hər iki tərəfin razılığı ilə fəaliyyət göstərir. İlk əvvəl Yerevanda, keçən həftə isə Bakıda olmuşuq. Yenidən hər iki ölkəyə səfər edərək danışıqları davam etdirəcəyik. Növbəti həftələrdə isə hər iki tərəfə müharibənin nəticələrinin aradan qaldırılması məqsədilə Avropa Şurasının tövsiyələrini təqdim ediləcək".

Mariya Peyçinoviç-Buriç Avropa Şurasının hər iki ölkəyə münaqişədən sonrakı mərhələdə yardımını əsirgəməyəcəyini bildirib: "Münaqişədən ziyan çəkmiş hər bir Avropa vətəndaşının hüququ qorunmalıdır".

Son xəbərlər

Orphus sistemi