Angela Merkel: "Almaniya Qarabağ münaqişəsinin həllinə yardım göstərməyə hazırdır"
Qarabağ
- 24 avqust, 2018
- 15:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 24 avqust. REPORT.AZ/ "Almaniya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün əlverişli mühitin yaranmasına yardım göstərməyə hazırdır".
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Almaniya ATƏT-in Minsk qrupunun üzvüdür: "Biz görüşdə münaqişənin həllinin vacibliyindən danışdıq. Əlbəttə, münaqişəni həll etmək yaxşı olardı. Amma əlverişli mühitdə qərar vermək çox vacibdir. Almaniya da bu işdə kömək etməyə hazırdır".
A.Merkel bildirib ki, münaqişə danışıqlar yolu ilə həll edilməli və bunun üçün hər cür səy göstərilməlidir.
Son xəbərlər
12:24
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Ekologiya
12:23
SEPAH: Hörmüz boğazında ABŞ-nin kəşfiyyat-zərbə dronu vurulub
Region
12:16
WP: Respublikaçılar Trampın bir sıra təyinatlarını bloklamaq niyyətindədirlər
Digər ölkələr
12:07
Foto
Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib
Fərdi
11:52
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Xarici siyasət
11:52
Vaşkeleviçus: Bakının Avropa çempionatına ev sahibliyi edəcəyindən məmnunam
Komanda
11:41
Leandro Paredes müsahibə zamanı huşunu itirib
Futbol
11:29
Futzal üzrə hakim-inspektor Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb
Futbol
11:16
Bir sıra ərazilərdə yağıntılı hava müşahidə olunur, Şahdağa qar yağıb - Faktiki hava
Ekologiya