"Azərbaycanın 2030-cu ilədək prioritetləri sırasına işğaldan azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərin ora qayıtması daxildir".
“Report” xəbər verir ki, bunu Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Bakıda keçirilən “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfransda bildirib.
O, işğaldan azad edilmiş ərazilərin minalarla çirkləndirildiyini nəzərə alaraq, bu məsələnin Azərbaycanın ən aktual problemlərindən biri olduğunu diqqətə çatdırıb.
ANAMA sədri deyib ki, ölkədə sözügedən ərazilərin minalardan təmizlənməsi üzrə daimi işlər aparılır.
Onun sözlərinə görə, bu gün Bakıda keçirilən konfrans bu sahədə fikir və təcrübə mübadiləsi baxımından vacib platformadır.
V.Süleymanov BMT-nin Azərbaycanda minatəmizləmə işinə verdiyi töhfəni xüsusilə vurğulayıb.