Amerikalı səyyah: Qarabağda yenidənqurma işləri sürətlə gedir
Qarabağ
- 25 iyul, 2024
- 13:48
Qarabağa səfərimiz zamanı çoxlu dağıntılar gördük, eyni zamanda irimiqyaslı bərpa işlərinin də şahidi olduq.
Bu sözləri "Report"a ABŞ-dan olan səyyah Dayana Peçenik (Diane Pechenick) deyib.
“Bu, Azərbaycana ikinci, Qarabağa isə ilk səfərimdir. Bura çox gözəl yerdir, mən bura yenidən gələrdim” – o bildirib.
Səyyahın sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə bərpa işləri sürətlə davam edir.
“Bərpa işləri davam etsə də, hesab edirəm ki, siz həqiqətən belə qısa müddət ərzində böyük uğur əldə etmisiniz”, - Peçenik qeyd edib.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində davam edən mina təhlükəsindən danışan səyyah bunun böyük problem olduğunu qeyd edib: “Bu, faciəvi vəziyyətdir, minalardan təmizləmə prosesi onilliklərlə davam edə bilər”.
Son xəbərlər
03:21
Nigeriyada yaraqlıların hücumu zamanı 14 nəfər ölüb, yaralananlar var
Digər ölkələr02:42
ÜST rəhbəri gəmidə hantavirusa kütləvi yoluxma səbəbindən Kanar adalarına gedəcək
Digər ölkələr02:07
ABŞ Vaşinqtonda İsrail-Livan sülh danışıqlarının anonsunu verib
Digər ölkələr01:39
Belçika 2029-cu ilə qədər Ukraynaya 53 ədəd F-16 qırıcılarının çatdırılmasını söz verib
Digər ölkələr01:18
Tokayev Putinin mayın sonunda Qazaxıstan səfərinə hazırlığını açıqlayıb
Digər ölkələr00:53
Niderland "MV Hondius" gəmisinin sərnişinlərinə karantin rejimi tətbiq edəcək
Digər ölkələr00:28
İran ABŞ-ni dəniz blokadasına hərbi cavabla hədələyib
Region00:00
Bu gün faşizm üzərində qələbənin ildönümüdür
Daxili siyasət23:55