Amerikalı səyyah: Biz regionun tarixi haqqında çox şey öyrəndik

Amerikalı səyyah: Biz regionun tarixi haqqında çox şey öyrəndik Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səyahət bizə bu bölgənin tarixi haqqında çox şey öyrənməyə imkan verdi.
Qarabağ
25 İyul , 2024 13:27
Amerikalı səyyah: Biz regionun tarixi haqqında çox şey öyrəndik

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səyahət bizə bu bölgənin tarixi haqqında çox şey öyrənməyə imkan verdi.

"Report"un məlumatına görə, bunu amerikalı səyyah Şelvin Şah deyib.

O qeyd edib ki, səfər Ermənistan-Azərbaycan münaqişəsi haqqında daha çox məlumat əldə etməyə imkan verir.

Şelvin Şah mina problemi ilə bağlı fikirlərini də bölüşüb: “Mən istərdim ki, insanlar daha minalardan ölməsinlər, mən həmişə sülhün tərəfdarıyam. Fikrimcə, həm Azərbaycana, həm də Ermənistana sülh gətirən hər şey hər iki ölkənin maraqlarına uyğundur.

Xatırladaq ki, beynəlxalq səyyahlardan ibarət heyət bu gün Şuşaya səfər edib.

Səfər dünyamiqyaslı MTP (Most traveled People) təşkilatı tərəfindən təşkil olunub.

Son 4 il ərzində 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyyah Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib. Səyyah Çarlz Veylinin rəhbərlik etdiyi qrupun səfəri bu qəbildən olan sayca 11-ci səfərdir. Bu səfərdə 13 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digər ölkələrdən səyyahlar iştirak edirlər.

Beynəlxalq səyyahlar bu gün Xocavənd, Şuşa, Xankəndi və Ağdamda olacaq, iyulun 26-da Şərqi Zəngəzura, iyulun 27-də isə Zəngilan və Cəbrayıla səfər edəcəklər.

Son xəbərlər

Orphus sistemi