Aİ səfiri: "Tərtərdə mina partlayışında üç nəfərin həlak olması xəbərini böyük kədərlə qarşıladıq"
- 29 aprel, 2023
- 06:45
Yeniliklərdən dərhal xəbərdar olun!
"Tərtərdə mina partlayışında üç nəfərin həlak olması xəbərini böyük kədərlə qarşıladıq".
“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko tviterdə yazıb.
"Dünən Tərtərdə baş vermiş mina partlayışı nəticəsində 3 nəfərin faciəli şəkildə həlak olması xəbərini böyük kədərlə qarşıladıq. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Avropa İttifaqı minatəmizlənmə səylərində Azərbaycana qətiyyətli dəstəyini davam etdirəcək”, - deyə o bildirib.
With a deep sorrow we learned about a tragic loss of three lives after an explosion of a landmine yesterday in Tərtər. I express my sincere condolences to the families of the victims. The European Union will continue our resolute support to Azerbaijan in its demining efforts.
— Peter Michalko (@MichalkoPeter) April 29, 2023