ABŞ səfiri: "Nazirlərin Dağlıq Qarabağ üzrə danışıqları davam etdirməyə hazır olması sevindiricidir"

ABŞ səfiri: "Nazirlərin Dağlıq Qarabağ üzrə danışıqları davam etdirməyə hazır olması sevindiricidir" Nazirlərin Dağlıq Qarabağ üzrə danışıqları davam etdirəcəklərinə ümid edirəm.
Qarabağ
20 Aprel , 2019 13:45
ABŞ səfiri: Nazirlərin Dağlıq Qarabağ üzrə danışıqları davam etdirməyə hazır olması sevindiricidir

"Nazirlərin Dağlıq Qarabağ üzrə danışıqları davam etdirəcəklərinə ümid edirəm". 

"Report" xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Dövlət Departamentinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Vaşinqtona dəvətini şərh edərkən deyib.

O, görüşün tarixi barədə dəqiq məlumat verə bilməyəcəyini vurğulayaraq aprelin 15-də Moskvada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun erməni həmkarı ilə görüşünü müsbət dəyərləndirib: "Nazirlərin Moskva görüşünü və onun yekununda verilən bəyanatı alqışlayırıq. Hər iki tərəfin dialoqu davam etdirməyə və növbəti görüşü keçirməyə hazır olması sevindiricidir".

“ATƏT-in Minsk qrupu həmsədrlərinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üçün danışıqların davam etdirilməsidir“, - səfir əlavə edib.

Son xəbərlər

Orphus sistemi