ABŞ-da Qarabağla bağlı lövhələr quraşdırılıb

ABŞ-da Qarabağla bağlı lövhələr quraşdırılıb ABŞ-ın Minnesota ştatının Sent-Pol şəhərində mərkəzi yollarından birində "Minnesota Azərbaycan Assosiasiyası"nın (“Azerbaijani Association of Minnesota”) təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Qarabağda ədalət, Azərbaycanda sülhdür
Qarabağ
24 Noyabr , 2020 23:48
ABŞ-da Qarabağla bağlı lövhələr quraşdırılıb

ABŞ-ın Minnesota ştatının Sent-Pol şəhərindəki mərkəzi yollardan birində Minnesota Azərbaycan Assosiasiyasının (“Azerbaijani Association of Minnesota”) təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə üzərinə "Qarabağda ədalət, Azərbaycanda sülhdür" yazılmış lövhələr yerləşdirilib.

“Report”un yerli bürosu xəbər verir ki, lövhələr şəhərin mərkəzində, gediş-gəliş yolu olmaqla, "Minneapolis−Saint Paul" beynəlxalq hava limanının önündə quraşdırılıb.

Lövhələrdə Azərbaycan bayrağı, xəritəsi, Qarabağ atları və xarı bülbül gülü təsvir olunub və "Qarabağda ədalət Azərbaycanda sülhdür", "Qaçqınlar evlərinə qayıdır" şüarları yazılıb.

Xatırladaq ki, artıq bir neçə aydır ABŞ-ın bir çox böyük şəhərlərində mərkəzi yolların və körpülərin üzərində “Qarabağ Azərbaycandır!" bannerləri nümayiş etdirilir.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi