Xarabalığa çevrilən şəhər - Buçadan FOTOREPORTAJ 

Xarabalığa çevrilən şəhər - Buçadan FOTOREPORTAJ  Rusiyanın Ukraynada apardığı müharibədə daha çox mülki insanın qətl edilməsi və xarabalığa çevrilməsi ilə dünyanın gündəmi olan Kiyev vilayətinin Buça şəhəri bir həftədir işğaldan azad olunub.
Multimedia
13 Aprel , 2022 12:05
 Xarabalığa çevrilən şəhər - Buçadan FOTOREPORTAJ 

Rusiyanın Ukraynada apardığı müharibədə daha çox mülki insanın qətl edilməsi və xarabalığa çevrilməsi ilə dünyanın gündəmi olan Kiyev vilayətinin Buça şəhəri bir həftədir işğaldan azad olunub.

Martın əvvəlindən aprelin əvvəlinə qədər Rusiya hərbçilərinin işğalı altında olan Buçanı Ukrayna Silahlı Qüvvələri işğaldan azad etdikdən sonra dünya ictimaiyyəti şəhərdə törədilmiş insan qırğınının, baş vermiş zorakılığın şahidi olub.

"Report"un Şərqi Avropa bürosunun əməkdaşı Buçada olub və fotoreportaj hazırlayıb.

Reportaj zamanı şəhər sakini Tatyana Batora bildirib ki, şəhərə girən Rusiya hərbçiləri onların evlərinə daxil olanda onun ərini öldürüblər. Həmin vaxt zirzəmidə olan Tatyana 2 gün sonra ruslar tərəfindən evinə buraxılıb və 4 gün sonra binanın həyətində ərini basdırıb.

Yeri gəlmişkən, şəhərdə işğal zamanı öldürülən insanlar ya binaların həyətində, ya da kilsə yaxınlığında kütləvi şəkildə basdırılıb. Hazırda onlar çıxarılaraq qəbiristanlığa köçürülür.

Bundan başqa, sakinlər burada olduqları müddətdə Rusiya hərbçilərinin onları yeni mənzillərindən qovaraq orada necə yerləşmələrini də göstəriblər. İnfratrukturu dağılan şəhərdə hələ də kommunikasiya bərpa olunmayıb, sakinlər qidalarını küçədə kustar üsul ilə hazırlayırlar.

Qeyd edək ki, Buça Kiyev vilayətinin turizm bölgələrindən biri kimi tanınıb.

Son xəbərlər

Orphus sistemi