"Təzə pir" məscidində Əhya gecəsi - FOTOREPORTAJ

"Təzə pir" məscidində Əhya gecəsi - FOTOREPORTAJ Müsəlmanlar ibadət edib
Multimedia
4 İyun , 2018 10:30
Təzə pir məscidində Əhya gecəsi - FOTOREPORTAJ
Report/ Elchin Murad

Bakı. 4 iyun. REPORT.AZ/ Bu il iyunun 3-dən 4-nə keçən gecə (Ramazan ayının 19-dan 20-nə keçən gecə) ilk Əhya (Qədr gecəsi ehtimal olunan) gecəsi idi.

"Report" xəbər verir ki, ilk Əhya gecəsi Bakının "Təzə pir" məscidində də keçirilib.

Hədislərdə ilk növbədə bu gecə yatmamaq tövsiyə olunur. Ərəb dilində bu, "əhya" adlanır. Lakin bu gecələrdə iş sadəcə yatmamaq ilə bitmir. Əsas şərt bu gecəni ibadət etmək – namaz qılmaq, quran oxumaq, günahların bağışlanmasını diləmək və dua etməklə keçirməkdir.

Hədislərə görə, İslam peyğəmbəri Məhəmməd (s.a.a.s) Ramazan ayının son 10 günündə öz yorğan-döşəyini yığaraq kənara qoyar və ailə üzvlərini də bu gecələri ibadət etmək üçün oyadardı.

Bu gün həm də İmam Əli əleyhissalamın Sübh namazında qılıncla zərbətləndiyi gündür.

Son xəbərlər

Orphus sistemi