Prezident İlham Əliyevin Tərtərin işğaldan azad edilən Suqovuşan qəsəbəsində açılışını reallaşdırdığı ilk avarçəkmə təlim-məşq toplanışının keçirildiyi məkan və burada olan göl turizmin inkişafı üçün əlverişli hesab edilir.
Su anbarı dağ ətəyində yerləşsə də, su hövzəsinin donmaması, su idman növünün inkişafı üçün əlverişli məkan hesab edilir. Ölkə başçısının Suqovuşana səfəri zamanı gölün ətrafında turizm inkişafı üçün nəzərdə tutulan məkanların təməlini qoydu. Suqovuşan gölündə avarçəkmə idman növü ilə məşğul olmaq üçün əsaslı şərait yaradılıb.
Qeyd edək ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
"Report"un Qarabağ bürosu yeni açılışı olan bu idman obyektindən fotoreportajı təqdim edir: