Yuxarı

Şəhidlər xiyabanında hazırlıq işləri görülür - FOTOREPORTAJ

© Elchin Murad / Report

Bakı. 17 yanvar. REPORT.AZ/ Qanlı Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işləri davam etdirilir.

"Report" yanvarın 16-da hazırladığı fotoreportajı təqdim edir.

Qeyd edək ki, artıq insanlar Şəhidlər xiyabanını ziyarət etməyə başlayıblar. Ziyarətə gələnlər arasında müəllimlər, gənclər, orta məktəb şagirdləri də var. Onlar şəhidlərin qəbirlərini ziyarət edir, məzarları üzərinə qərənfillər qoyurlar.

Xatırladaq ki, 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet dövlətinin hərb maşını həm quru, həm də dəniz yolu ilə Bakı şəhərinə həmlə edərək görünməmiş qəddarlıqla keçirilən cəza tədbirlərinə imza atıb. Bu hadisə nəticəsində heç bir günahı olmayan 133 dinc sakin öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar və qocalar da var idi. SSRİ prezidenti Mixail Qorbaçovun göstərişi ilə Sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi