Rəssam: “Kədərim məni daha yaxşı işlər görməyə sövq edir”

Rəssam: “Kədərim məni daha yaxşı işlər görməyə sövq edir” Rəssam: “Kədərim məni daha yaxşı işlər görməyə sövq edir"
Multimedia
293
8 Dekabr , 2021 17:23
Rəssam: “Kədərim məni daha yaxşı işlər görməyə sövq edir”

Aynur Aydın rəssamdır və bu peşə ilə 2010-cu ildən ciddi şəkildə məşğul olur.

"Report" xəbər verir ki, əvvəl pianoçu olmaq istəsə də, sonradan istedadının fərqində olan xanım rəssam olmaq qərarına gəlib.

O, bu sahəyə gəlməsində həyat yoldaşının dəstəyinin böyük olduğunu deyir: “Həyat yoldaşıma portretini hədiyyə edəndə mənə bu işlə peşəkar şəkildə məşğul olmağı təklif etdi. Mən də həmin vaxtdan işə ciddi yanaşdım. Doğrusu, portret çəkməyi bir o qədər də sevmirəm. Bəzən insanlar kimisə olduğu kimi çəkməyimi istəyirlər. İnsanların kiminsə rəsmini çəkdirdiyi zaman üzərində dəyişiklik etməyimi təklif etmələrini çox istəyərdim. Məsələn, hansısa tarixi şəxsiyyətə bənzətməyimi istəyə, yaxud da geyimini dəyişdirməyi istəyə bilər. Real olmayan şeyləri çəkməyi sevirəm. Ümumiyyətlə, incəsənətlə məşğul olan insanların dünyaya baxışı biraz fərqli görür. Bəzən yuxularımda uçan ağaclar, hərəkət edən evlər və bu kimi başqa real olmayan şeyləri görürəm, onları çəkməyi çox sevirəm. Hətta qəm-qüssəmdən də ilham alıram. Kədərim məni daha yaxşı işlər görməyə sövq edir”.

Ətraflı videoreportajda

Video: Vüqar Xanlarov

Montaj: Məhəmməd Ağayev

Son xəbərlər

Orphus sistemi