Relslər üzərində dünyanın ən təhlükəli bazarı - VİDEOREPORTAJ

Relslər üzərində dünyanın ən təhlükəli bazarı - VİDEOREPORTAJ Satıcıların mallarını relsdən yığışdırmaq və tentləri qaldırmaq üçün düz 3 dəqiqəsi olur
Multimedia
20 Dekabr , 2017 10:41
Relslər üzərində dünyanın ən təhlükəli bazarı - VİDEOREPORTAJ

Banqkok. 20 dekabr. REPORT.AZ/ "Maeklong" bazarı Taylandın paytaxtı Banqkokdan təxminən bir saatlıq məsafədə, Samut Sonqkram əyalətində yerləşir. İlk baxışdan bu, müxtəlif ekzotik meyvələr, otlar, ədviyyatlar, dəniz məhsulları ala biləcəyiniz adi Asiya bazarıdır. Lakin, o, dünyada "ən təhlükəli bazar" kimi tanınıb.

"Report" dəmir yolu xəttindəki bu bazardan reportajı təqdim edir.

Buraya daxil olub ətrafa göz gəzdirərkən alıcıların məhsul seçən zaman düz buradan keçən dəmir yolu relslərinin üstündə hərəkət etdiyini, satıcıların isə mallarını elə relslər üzərinə qoyduğunu görə bilərsiniz. Bu yerdə dəmir yolu kifayət qədər hərəkətlidir, qatarlar fasiləsiz olaraq gündə bir neçə dəfə bazardan keçir. Qatarın yanaşması barədə alıcı və satıcılara sirena səsi ilə xəbərdarlıq edilir, bundan sonra satıcıların mallarını relsdən yığışdırmaq və tentləri qaldırmaq üçün düz 3 dəqiqəsi olur.

Qatarlar, əlbəttə ki, mümkün qəzalardan yayınmaq üçün minimal aşağı sürətlə - təxminən 15 km/saat sürəti ilə hərəkət edir. Qatar gedəndən dərhal sonra bazarda yenidən canlanma başlayır, hamı sanki heç nə olmayıbmış kimi qısa zamanda öz yerinə qayıdır.

Taylandlılar bu bazarı "Talad Rom Hoop Market", yəni "tentlərin aşağı salındığı bazar" adlandırır.

Ticarəti nə üçün başqa yerə keçirməmələri ilə bağlı suala yerli sakinlərin təbii cavabı var: burada bazar tarixən mövcud olub, dəmir yolu xəttini isə yalnız XX əsrin əvvəllərində tikiblər.

Bundan əlavə, bu qeyri-adi bazar əyalətin ən görməli yerlərindən birinə çevrilib və bütün dünyadan çoxlu sayda turisti özünə cəlb edir.

Video: Maksim Dementyev

Son xəbərlər

Orphus sistemi