Yuxarı

Quba paxlavası belə hazırlanır - FOTOREPORTAJ

Regionun özünəməxsus şirniyyatları olan paxlava və bükmə Qubanın simvollarına çevrilib

Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycanın Quba rayonu yalnız səfalı yerləri ilə ad qazanmayıb. Regionun özünəməxsus şirniyyatları olan paxlava və bükmə də Qubanın simvollarına çevrilib. 

Paxlava ustası Rüstəm Həsənov "Report"a müsahibəsində bu sənətlə vaxtilə atasının da məşğul olduğunu deyir. Elə bu səbəbdən həm qardaşları, həm də Rüstəm ustanın özü bu sənətin davamçısı olmağı seçiblər. Ustanın sözlərinə görə, paxlavanın dadı ustanın səbr və bu sənətə olan bağlılığından asılı olaraq dəyişir. Çünki bu şirniyyatın hazırlanma prosesi çox uzun və əziyyətlidir: "Yay fəslində iş prosesi həm xarici mühitin istiliyi, həm də paxlava ocağının istiliyindən çox əziyyətli olduğundan gənclər bu işə ya uzaqdan baxır, ya da paxlavanın dadına baxmaqla kifayətlənirlər".

Paxlavanın hazırlanma prosesinə ilk olaraq "rişdə" adlandırdıqları paxlava laylarını hazırlamaqla başlayırlar. Ortalama 50 rişdə paxlava sinisinə üyüdülmüş qoz ləpəsi ilə birlikdə düzülür. Daha sonra rişdələr paxlava formasında səliqə ilə doğranılır və üzərinə zəfəran çəkilir. Paxlavanın həm ləziz, həm də estetik görünüşlü olması üçün üzərinə qoz ləpəsi qoyulur. Bundan sonra paxlava sabit temperatur altında 20 dəqiqə müddətində bişirilir. Hazırlanma prosesinin sonuncu mərhələsi isə paxlavanın üzərinə qaynar şərbətin tökülməsi ilə yekunlaşır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi