Qələbənin 73-cü ildönümü - FOTOREPORTAJ

Qələbənin 73-cü ildönümü - FOTOREPORTAJ Bakı. 9 may. REPORT.AZ/ İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə keçmiş SSR-i dövlətlərində, eləcə də Azərbaycanda mayın 9-da təntənəli mərasimlər keçirilib.
Multimedia
9 May , 2018 14:29
Qələbənin 73-cü ildönümü - FOTOREPORTAJ

Bakı. 9 may. REPORT.AZ/ İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə keçmiş SSR-i dövlətlərində, eləcə də Azərbaycanda mayın 9-da təntənəli mərasimlər keçirilib.

"Report" xəbər verir ki, bu gün başda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva olmaqla, ölkə rəsmiləri, müharibə veteranları və ictimaiyyət nümayəndələri Həzi Aslanovun xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil və güllər qoyublar.

“Report” İkinci Dünya müharibəsində həlak olan azərbaycanlıların xatirəsinin anım mərasimindən fotoreportajı təqim edir.

Qeyd edək ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. İkinci Dünya müharibəsində keçmiş SSRİ-nin qazandığı tarixi Qələbədə çox böyük payı olan Azərbaycan xalqı özünün 700 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Bu Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddəüç hissəsi, aviasiya benzini və yüksəkkeyfiyyətli motor yağlarının 85-90 faizi Azərbaycanın payına düşüb.

Azərbaycanın əsgər və zabitləri Brest, Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belarus, Pribaltika cəbhələrində cəsarətlə vuruşublar. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci milli diviziyalar Simferopolun, Odessanın, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya isə Yuqoslaviyanın azadlığı uğrunda fəal iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi