Qalib artilleriyaçılar döyüşə hazırlaşır - FOTOREPORTAJ

Qalib artilleriyaçılar döyüşə hazırlaşır - FOTOREPORTAJ Media nümayəndələrinin Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının hərbi hissələrinə səfəri təşkil olunub
Multimedia
9 Fevral , 2021 14:16
Qalib artilleriyaçılar döyüşə hazırlaşır - FOTOREPORTAJ

Media nümayəndələrinin Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının hərbi hissələrinə səfəri təşkil olunub.

Səfər çərçivəsində şəxsi heyət və müasir artilleriya qurğuları ilə tanış olan jurnalistlər praktiki tapşırıqların icrasını canlı izləyiblər.

N saylı hərbi hissənin şəxsi heyətinə həyacan siqnalı verilib. Həyəcan siqnalı ilə qaldırılan bölmələrin hərtərəfli döyüş hazırlığı, qarşıya qoyulan vəzifələri qısa müddətdə yerinə yetirmək bacarıqları və manevr imkanları praktiki nümayiş etdirilib.

Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib ki, Vətən müharibəsi başa çatdıqdan sonra müdafiə naziri tərəfindən təsdiq olunmuş döyüş hazırlığı planına uyğun olaraq hazırda daimi dislokasiya məntəqələrində və işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Ordusu yerləşərək döyüş hazırlığı ilə məşğul olur. O qeyd edib ki, artilleriya qoşunları da eyni qaydada döyüş hazırlığı ilə məşğuldur, qoşunlar yüksək texnoloji silahları mənimsəyir və şəxsi heyətə həmin silahlar praktiki şəkildə öyrədilir.

“Report” Raket və Artilleriya Qoşunlarının döyüş hazırlığından fotoreportajı təqdim edir:

Foto: Ehtiram Cəbi

Son xəbərlər

Orphus sistemi