Prezidentin çətir hədiyyə etdiyi müharibə veteranı - VİDEO

Prezidentin çətir hədiyyə etdiyi müharibə veteranı - VİDEO “Müharibə çox dəhşətlidir. İnsanlar – qocalar, cavanlar, qadınlar, uşaqlar ölür, şəhərlər dağılır. Heç bir ölkəyə müharibə arzulamıram”.
Multimedia
1051
11 May , 2020 19:05
Prezidentin çətir hədiyyə etdiyi müharibə veteranı - VİDEO
Bağır Məlikov / Report/Elchin Murad

“Müharibə çox dəhşətlidir. İnsanlar – qocalar, cavanlar, qadınlar, uşaqlar ölür, şəhərlər dağılır. Heç bir ölkəyə müharibə arzulamıram”.

Bunu “Report”a müsahibəsində Böyük Vətən müharibəsinin iştirakçısı, 96 yaşlı Bağır Məlikov deyib.

Həm 100-ə yaxınlaşan yaş, həm ömründəki keşməkeşlər, həm də bir neçə dəfə kontuziya almağı onun yaddaşına, nitqinə təsirsiz ötüşməyib. Bəzən fikirlərini toplaya bilmir, yaddaşı qarışır, ancaq 9 May - Faşizm üzərində Qələbə Günündə onunla söhbətləşə bildik. 

Bağır Məlikov Bakının Nardaran kəndindəndir. 1942-ci ildə cəbhəyə gedib, bir neçə dəfə ağır yaralanıb. Ancaq müharibənin sonunadək vuruşub və Berlinə qədər gedib çıxa bilib. 

Onun 3 qızı, 7 nəvəsi, 11 nəticəsi var. Hazırda qızı Məsməxanımla yaşayır.

Bağır kişi deyir ki, hər il Qələbə Günündə ölkə başçısı ilə görüşdə iştirak edib. Hətta bir dəfə yağış yağdığı üçün Prezident İlham Əliyev ona öz çətirini də bağışlayıb.

Bu il isə karantin rejiminə görə, heç bir tədbirə qatılmayıb. Ancaq onu iki medalla təltif ediblər və mükafatlar veterana evində təqdim olunub.

Son xəbərlər

Orphus sistemi