“Neftçilər dairəsi”nin əsl adı nədir? - VİDEOREPORTAJ

“Neftçilər dairəsi”nin əsl adı nədir? - VİDEOREPORTAJ Bakı. 5 iyun. REPORT.AZ/ - Harada görüşək?
Multimedia
5 İyun , 2018 13:43
“Neftçilər dairəsi”nin əsl adı nədir? - VİDEOREPORTAJ
Report/ Elchin Murad

Bakı. 5 iyun. REPORT.AZ/ - Harada görüşək? 

- “Neftçilər dairəsi”ndə.

- İndi haradasan? 

- “Neftçilər dairəsi”nə çatıram.

- Yaxşı, “Neftçilər dairəsi”nin sol tərəfində gözləyirəm.

Bəs Bakı sakinlərinin daha çox “Neftçilər dairəsi” kimi tanıdığı ərazinin əsl adı nədir?  

“Report”un əməkdaşları bununla bağlı həmin ərazidə sorğu keçirib.

Sorğunun nəticəsinə əsasən, demək olar, əksəriyyət üçün bu ad tanış deyil. Meydan haqqında, sadəcə, yaşlı insanlar qismən məlumatlıdırlar.

“Neftçilər dairəsi”nin əsl adı isə “Dakar meydanı”dır. 

Qeyd edək ki, meydanın Dakar adlandırılması heç də təsadüfi deyil. Belə ki, Dakar Afrika ölkəsi olan Seneqalın paytaxtıdır. Dairənin mərkəzində qoyulan abidə isə iki şəhərin - Bakı ilə Dakarın qardaşlaşmasının simvoludur. Bu dostluğun təməli 1967-ci ildə, sovet dönəmində qoyulub. Meydanın mərkəzində mozaikalarla, göyərçin və salamlaşma təsvirləri ilə bəzədilmiş türbəşəkilli abidə, şərq tərəfində isə iki şəhərin gerblərini əks etdirən və fransızca "Cités Unies" (Azərbaycan dilində "Qardaşlaşmış şəhərlər") sözləri yazılmış mozaikalı panno yerləşir. Pannonun müəllifi isə əməkdar incəsənət xadimi Arif Əzizovdur. 1987-ci ilin sentyabrında Dakar şəhərinin əsasının qoyulmasının 100 illiyi münasibətilə Dakar şəhər bələdiyyəsinin nümayəndə heyəti Bakıda səfərdə olub və Dakar meydanına baş çəkib.

"Dakar meydanı"ndan hazırladığımız videoreportajı təqdim edirik:

Foto-video: Elçin Murad

Son xəbərlər

Orphus sistemi