Yuxarı
    Bağlamaq

    Mirzə Fətəli Axundovun ev muzeyi və məzarı - FOTOREPORTAJ

    Yazıçının məzarı Tiflisdə Botanika bağındadır

    Bakı. 25 fevral. REPORT.AZ/ Ömrünün əsas hissəsini Gürcüstanda keçirən Mirzə Fətəli Axundovun Tiflis şəhərindəki evində xatirə muzeyi fəaliyyət göstərir. "Report"un məlumatına görə, 2013-cü ildə Azərbaycan Respublikasının vəsaiti hesabına muzeydə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib.

    Hazırda muzeyin nəzdində Gürcüstan azərbaycanlılarının Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Muzeyin ekspozisiya hissəsi altı zaldan ibarətdir. Zallarda Axundovun həyatına aid müxtəlif əşyalar (sənədlər, əlyazmalar, medallar, kitablar, qızına aid tikiş maşını, qorununb-saxlanılan ev əşyaları və s...) və xatirələri əks etdirən fotolar var. 

    Otaqlardan biri M.F.Axundovun iş otağı kimi qorunub-saxlanılır. Orada onun şəxsi əşyaları, о cümlədən yazı masası, kitab dolabı, divar saatı və çıraq var. Həmin otaqda M.F.Axundovun müxtəlif dillərdə nəşr edilmiş əsərlərinin üz qabıqlarının surətləri nümayiş etdirilir. Muzeydə Tbilisi şəhərində yeganə olan azərbaycandilli kitabxana fəaliyyət göstərir. Həmçinin inzibati binada incəsənət qalereyası və "Monsieur Jordan" kafe-ədəbi kitabxanası yerləşir. Kafedə M.F.Axundovun mumdan hazırlanmış heykəli də qoyulub. 

    Muzeyin altı zalından biri qədim və zəngin Azərbaycan mədəniyyətinə, ikincisi Azərbaycan və Gürcüstan dostluğuna həsr olunub.

    Xatırladaq ki, yazıçının məzarı Tiflisdə Botanika bağındadır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi