Məktəb ləvazimatları satılan mağazalarda qiymətlər necədir?

Məktəb ləvazimatları satılan mağazalarda qiymətlər necədir? Məktəb ləvazimatları satılan mağazalarda qiymətlər necədir?
Multimedia
19 Avqust , 2023 12:33
Məktəb ləvazimatları satılan mağazalarda qiymətlər necədir?

Dərslərin başlanmasına bir aydan da az vaxt qalıb. “Report”un əməkdaşları alıcı sıxlığını müşahidə etmək və məktəb ləvazimatlarının qiymətini öyrənmək üçün mağazalardakı vəziyyətlə maraqlanıb.

Paytaxtdakı mağazalardan birinin satış mütəxəssisi bildirib ki, məktəb ləvazimatlarının qiymətində ötən illə müqayisədə o qədər də fərq yoxdur. Onun sözlərinə görə, bütün məhsullar Tükiyədən gətirilir, çeşid boldur və keyfiyyətlidir.

Mağazadakı müşahidəmizə görə, hələlik alıcı sıxlığı yoxdur. Bunu təsdiqləyən satış müdirinin sözlərinə görə, valideynlər daha çox sentyabrın 1-dən sonra mağazalara axın etməyə başlayırlar.

Məktəb ləvazimatlarının qiymətlərinə gəldikdə;

Məktəbli çantaları 25-170 manat,

dəftərlər 0,25-1,60 manat,

sadə qələmlər 0,07-1,60 manat,

rəngli karandaşlar 2,50- 12,50 manat aralığında dəyişir.

Satıcı deyir ki, hazırda gün ərzində təxminən 3-4 ədəd çanta satılır. Alınan çantaların qiyməti 25-60 manat aralığında dəyişir.

Daxil olduğumuz digər mağazada isə vəziyyət fərqlidir. Burada alıcı sıxlığı müşahidə olunur. Satıcılar bildirir ki, gün ərzində azı 15-16 valideyn övladı üçün məktəb ləvazimatları alır. Bəzi məktəb ləvazimatlarının qiyməti isə ötən illə müqayisədə ucuzlaşıb. Məsələn, ötən il 1,60 manat olan dəftər bu il 1,50 manatdır. Çantalar isə 40 faizədək endirimdədir. Ötən il 40 manata satılan məktəbli çantası bu il 25 manata satışdadır.

Satıcılar qiymətin ucuzlaşdığını desə də, valideynlər əksini bildirir. Üç övladı üçün məktəb ləvazimatları alan Elçin Hüseynov deyir ki, məhsullar keçən ilə nisbətən daha bahadır. Üç övladı üçün məktəb ləvazimatlarına ümumilikdə 350 manat xərcləyib.

Satıcılar bildirir ki, mağazadakı mallar Rusiya, Türkiyə və Çindən gətirilir. Qiymətlərin isə tədris ilinə qədər ciddi artımı gözlənilmir.

Foto: Firudin Səlimov

Son xəbərlər

Orphus sistemi