Bakı.1 may. REPORT.AZ/ Ötən həftəsonu Bakıda keçirilmiş “Formula 1” üzrə Azərbaycan Qran Prisi ilə əlaqədar ölkə üç gün ərzində dünya mətbuatının gündəmində olub.
“Report” nüfuzlu yarışın pərdəarxası məqamlarını özündə əks etdirən fotoreportajı təqdim edir.
Qeyd edək ki, “Mercedes” komandasının pilotu Lüis Hemilton Azərbaycan Qran Prisinin qalibi olub.
Britaniyalı pilot 1 saat 43 dəqiqə 44 saniyə göstərici ilə rəqiblərini qabaqlayıb. “Ferrari”nin sürücüsü Kimi Raykkonen ikinci, “Force İndia”nın pilotu Serxio Peres üçüncü yeri tutub.
2016-cı ildə Bakıda keçirilmiş “Formula 1” üzrə Avropa Qran Prisinin qalibi “Mercedes”in almaniyalı pilotu Niko Rosberq olub. Ötən il isə Azərbaycan Qran Prisi “Red Bull”un avstraliyalı sürücüsü Daniel Rikkardonun qələbəsi ilə yekunlaşıb.